Meteorologiya haqqında məlumat

Meteorologiya atmosfer və orada baş verən hadisələri öyrənir. Meteorologiya haqqında ilk təsəvvürləri eradan əvvəl 340-cı ildə yunan alimi Aristotel vermişdir. O “Meteorologika” adlı əsərində bu elm haqqında məlumat vermişdir. Bu əsər hələ də hava, iqlim, kimya astronomiya və coğrafiya üçün mənbə rolunu oynayır. Əsərdə buludlar, yağış, qar, külək, dolu, ildırım və qasırğa haqqında məlumat əhatə olunub. Həmin zamanlarda, səmadan düşən cisimlər “meteoroid” adlandırıldı. Buna görə də Meteorologiya sözü bu sözdən gəlir. “Meteoros” yunanca yüksəkdə dayanan deməkdir. Bu meteoroidlər ki, yer səthinə başqa planetlərdən gəlir. Su və ya buz şəklində düşən cisimlər isə hidrometeoroid adlanır.

“Meteorologika” əsərində Aristotel bu elmi, fəlsəfi-bədii üslubda yazmışdır. Əsərin bədii tərəfində səhvlər tapılsa da təxminən 2 min ildir bu əsərdən istifadə edilməyə davam edir. Lakin Meteorologiyanın yaranışı bu dövr olaraq yox, meteoroloji cihazların kəşfi ilə bağlıdır. 1643-cü ildə Barometr (təzyiq ölçmək üçün), 1700-cü illərin sonunda Hiqrometr (rütubətliyi ölçmək üçün) kəşf edilmişdir. Bu cihazlarla aparılan müşahidə məlumatları Fizika qanunları nəzərə alınaraq aparılmışdır.

Lakin daha mükəmməl cihazlar 19-cu əsrdə inkişaf etdirilməyə başladı. Hava müşahidələri üzərində davamlı müşahidələr 1843-cü ildə teleqrafın kəşfi ilə daha da inkişaf etdi. Bunun nəticəsi olaraq, hava axınları və qasırğaların hərəkəti müəyyən edildi və 1869-cu ildə ilk dəfə izobarlar (eyni təzyiqli nöqtələri birləşdirən əyri xətlər) tərtib edildi. 1920-ci illərdə Norveçdə ilk dəfə hava kütlələri və hava cəbhələri haqqında plan hazırlandı. 1940-cı illərdən etibarən, hava şarları (radiozond) vasitəsilə yuxarı hündürlüklərin temperaturu, təzyiqi və rütubətliyi haqqında geniş məlumat əldə etmək mümkün oldu.

Meteorologiyanın inkişafının növbəti mərhələsi 1950-ci illərdə, kompüter texnologiyası və riyazi modellerin inkişafı ilə bağlıdır. Eyni zamanda bu üsullar vasitəsilə, ABŞ-ın Nyu Cersi ştatında bir qrup alim hava proqnozu verməyə çalışmışlar. Hal-hazırda kompüterlər vasitəsilə hava müşahidələri və proqnozlar avtomatlaşdırılmışdır.

İkinci dünya müharibəsindən sonra hərbi hava vasitələri, istifadə üçün yararlı vəziyyətdə olanlardan meteoroloji ölçmələr üçün istifadə edildi. Bu təyyarələr lazımı cihaz avadanlıqları ilə təchiz olundu. 1990-cı illərin ortalarına çatdıqda bu cihazlar yerini Dopler radarı ilə dəyişdi. Bu rada vasitəsilə qasırğaların proqnozu və tətqiqatları genişləndi.

1960-cı ildə ilk hava peyki (Tiros I) səmaya buraxıldı. Beləliklə, bu peyk daha geniş və faydalı məlumat vermək qabiliyyətinə malik olurlar. Peyklər, gecə zamanı, buludların hərəkəti, su buxarının hərəkəti və s. kimi yer səthindən ölçülməsi çətin olan məlumatları mütəmadi olaraq yer səthinin məntəqələrinə ötürməyə imkan verir. Meteorologiya inkişafı nəticəsində gələcəkdə bir və ya bir neçə həftə sonranın belə hava proqnozunu vermək mümkün olacaqdır.