Temperaturun üfüqi paylanması

 

Açıq okeanın səthində temperatur suyun donma (-1.9° C 35‰ –də) dərəcəsindən təxminən 30° -ə qədər dəyişir. Suyun mövsümi temperatur dəyişməsi özünün ən böyük qiymətini orta enliklərdə alır. Şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən çox olur ki, buna səbəb şimal yarımkürəsinin orta enliyində qurunun çox olmasıdır. Ən yüksək temperatur dəyişməsi Sakit okeanın 10° -40° şm.enlikləri arasındadır. Maksimal temperatur zonası, yaxud da termik ekvator təxminən 5° şm.enliyində yerləşir. Buna səbəb isə quru və dənizlərin yerləşməsi, okean sirkulyasiyası və Antarktida buzlarının albedosunun yüksək olmasıdır. Istiliyi Yerin qütblərinə tərəf aparan okean axınları (məs: Holfstrim, Atlantik okeanının şm.qərb hissəsinə) burada müsbət temperatur anomaliyaları yaradır.

Yer səthi üzərində hava temperaturunun paylanması aşağıdakı əsas 4 amildən asılıdır:

  1. enliklərdən
  2. quru səthin hündürlüyündən
  3. səthin tipindən, xüsusən də, quru və dəniin yerləşməsindən
  4. külək və axınla istiliyin advektiv gətirilməsi.

Enlik artıqca temperatur aşağı düşür ki, buna da səbəb Yer səthinə düşən radiasiya bucağının artmasıdır. Bu zaman radiasiya dha sıx atmosfer qatından keçməklə daha geniş əraziyə səpələnir. Bu zaman daxil olan enerjinin əksər hissəsi bu səthlərdən əks olunur.