Atmosferin yaranması

Yer planetinin digər planetlərdən ən böyük fərqi həyatın mövcud olmasıdır. Bunda Atmosferin rolu birinci faktordur. Yer kürəsinin ilk atmosferi 4,6 milyard il əvvəl yaranmışdır. Onun qaz tərkibi Hidrogen və Helium ilə yanaşı Hidrogen qarışıqları olan Metan və Ammonyakdan ibarət olmuşdur. Əksər alim hesab edir ki, hal-hazırki yer atmosferi ilkin atmosferin soyuması ilə yaranmışdır. İlkin fərziyyələrə görə yer atmosferi həddən artıq isti olmuşdur. Bu da atmosferin yaranmasının ilk mərhələsidir.

İkinci mərhələdə, yer səthinin qabığı bərkləşdi və atmosferin sıxlığı azalmağa başladı və vulkanlar püskürməyə başladı. Vulkanlar yer atmosferinə ikinci mərhələdə aşağıdakı qazları püskürtmüşdür.

– Vulkan kül mənşəli su buxarı (80%)

– Karbon dioksid (CO2) (10%)

– Azot qarışıqlı qazlar (10%)

Bu qazlar Yer kürəsinin ikinci atmosferini yaratdı.

Bir milyon il sonra isə, yerin daxilindən intensiv şəkildə atmosferə qalxan isti su buxarı, toplanaraq buludların formalaşmasına səbəb oldu. İntensiv şəkildə atmosferə qalxan su buxarı nəticəsində yaranan buludlar vasitəsilə min illərlə yağış yağdı və müasir dünya okeanı, gölləri və çayları əmələ gətirdi. Karbon dioksid (CO2) isə okeanlara qarışaraq dünya atmosferində təsirini azaltdı. Okeanlara qarışan karbon dioksid okeanların aşağı hissəsinə çökərək, əhəng daşı şəklində süxurlar yaratdı. Atmosferdə su buxarının artması ilə karbon dioksidin miqdarı müvafiq olaraq azalır və atmosfer tədricən azot qazı ilə zənginləşməyə başlayır lakin azot atmosferdə kimyəvi cəhətdən aktiv olmur.

Atmosferdə hal-hazırda aktiv ən çox yayılan qaz Oksigendir (O2). Güman edilir ki, günəş şüalarının su buxarına təsiri nəticəsində, su buxarı (H2O) hidrogen və oksigen atomlarına parçalandı. Parçalanma nəticəsində nisbətən yüngül olan hidrogen atomları atmosferin yuxarı təbəqələrinə qalxdığı halda, oksigen atomları yer atmosferində qaldı və müasir atmosferin əsas qaz təbəqəsi olan oksigen yaranmağa başladı.

Təxminən 2-3 milyard il əvvəl oksigendəki bu zəif inkişaf ibtidai bitkilərin inkişafı üçün kifayət idi. Bitkilərin inkişafı ilə atmosferdə oksigenin paylanması genişləndi. Oksigenin artmasına səbəb bitkilərdə gedən fotosintez prosesi idi. Günəş şüalarının bitkilərə təsiri nəticəsində bitkilər havadakı karbon dioksid qazını özündə birləşdirərək, oksigen qazı ifraz edirlər. Buna görə də, atmosferdə oksigenin miqdarı sürətlə artdı və hal-hazırki səviyyəyə təxminən bir neçə yüz il əvvəl gəlib çatmışdır.

Advertisements