Havanın rütubətliyinin ölçülməsi

Şeh nöqtəsi və nisbi rütubətliyi hesablamaq üçün istifadə olunan ən əsas cihazlardan biri psixrometrdir. Psixrometr yan-yana yerləşən iki termometrdən ibarətdir və sap şəklində ya da zəncir şəklində metal parçası birləşdirilib.

Termometrlərin lampaları parça hissəciklə örtülü olur. Parça ilə örtülən termometr yaş termometr adlanır. Yaş termometr distillə edilmiş suya batırılır. Digər termometr isə quru saxlanılır. Hər iki termometrə də bir neçə dəqiqəliyinə havası dəyişdirilir, ya qurğunu fırlatmaqla (sarğılı psixrometr) ya da ventilyator ilə havanı çıxartmaqla dəyişdirilir. Su parçacıqdan buxarlandıqca termometr soyuyur. Quru hava daha böyük miqdarda soyuma və buxarlanma miqdarı deməkdir. Bir neçə dəqiqədən sonra parçacıqla örtülü termometr mümkün ən aşağı temperatura qədər soyuyacaq. Əvvəldə də deyildiyi kimi, yaş termometr suyun buxarlandırılması vasitəsilə havanın ən aşağı temperaturunun əldə edilməsi üçün istifadə olunan cihazdır.

Quru termometr (və ya quru lampalı termometr) hal-hazırkı temperaturu göstərir. Quru lampa ilə yaş lampa arasındakı temperatur tərəddüdləri yaş termometr tərəddüdü adlanır. Böyük tərəddüd havaya buxarlanan suyun çox, nisbi rütubətliyin aşağı olması ilə baş verir. Kiçik tərəddüd isə suyun buxarlanmasının az olduğunu göstərsə də havada su buxarı vardır. Belə ki, hava doyma vəziyyətinə yaxındır çünki, nisbi rütubətlik yüksək həddədir. Əgər tərəddüd yoxdursa, onda quru termometr, yaş termometr və şeh nöqtəsi eynidir; hava doymuş vəziyyətdədir və nisbi rütubətlik 100%-dir.

Havanın rütubətliyini ölçən ən əsas cihaz isə hiqrometrdir. Hiqrometrin bir növü olan tüklü hiqrometrə quraşılan insan saçı nisbi rütubətliyini 0-dan 100%-ə qədər dəyişməsinə görə 2,5% genişlənir. Əsasən insan tükündən istifadə olunsa da, bəzi hallarda at tükündən də istifadə edilir. Saç telləri bir növ çarx sisteminə qoşuludur. Saçın uzunluğunda bir dəyişiklik olduğunda sistemdə də hərəkətlilik baş verir və sonra yazıcı kağız üzərinə bu qiymət köçürülür və nisbi rütubətlik göstərilir. Lakin tüklü hiqrometr, psixrometr qədər dəqiq nəticələr vermir.  Onun dərəcələrini təcrübə sahələrində gündəlik nisbi rütubət dəyişiklikləri üçün tez-tez ölçmək lazım gəlir.

Elektrikli hiqrometr havanın rütubətliyini ölçən başqa bir cihazdır. O karbon təbəqə ilə örtülü sabit bir hissədən ibarətdir. Cərəyan axını bu təbəqə ilə göndərilir. Su buxarı udulduqca karbon təbəqənin elektrik müqaviməti də dəyişir. Bu dəyişikliklər nisbi rütubətliyə çevrilir.

Rütubətliyi ölçən başqa bir qurğu infraqırmızı şüalı hiqrometrdir. Bu hiqrometr infraqırmızı şüalardan istifadə etməklə havanın rütubətliyini ölçməyə imkan verir.

İqlim təsnifatları

  1. Çayların təsnifatına əsaslanan iqlim təsnifatı

İqlimin tisnifatına həsr olunmuş bir sıra illərdə hidroloji əlamətlərdən istifadə olunur. Onlardan ən maraqlısı və geniş yayılmışı A.İ.Voyeykov tərəfindən keçən əsrin 80-ci iləərində irəli sürülmuş, çay tipləri əsasında iqlim təsnifatıdır. Voyeykovun fikrincə “çaylar iqlimin məhsulu olub”, iqlim tipini əks etdirməlidir.

Voyeykov çayların rejiminin aşağıdakı tiplərini ayırır:

  • Alçaq dağlarda və düzənliklərdə suyunu qarın ərazisindən alan çaylar (Şimali Sibir, Kanada)
  • Dağlarda qarın əriməsindən qidalanan çaylar (Orta Asiya və s.)
  • Suyunu yağışlardan alan və yayda gursululuğu olan çaylar (Tropik və Musson ölkələri)
  • Yazda və yayın əvvəlində qarın əriməsindən gursululuğu olan çaylar həm də çay sularının çoxunu yağış suları təşkil edir (Qərbi Sibir, SSRİ-nin Avropa hissəsi, Şərqi Almaniya)
  • Suyu yağışlardan yaranan, mövsümü səviyyət tərəddüdü kiçik olan çaylar (Orta və qərbi Avropa)
  • Suyu yağıçlardan yaranan, səviyyəsi soyuq dövrdə yaya nisbətən daha yüksək olan çaylar (Aralıq dənizi sahilləri, Kaliforniya, Çili Avstraliyanın cənub-qərbi)
  • İqlımın çox quru olması üzündən çayların və ümumiyyətlə su axarları olmayan ərazilər (səhralar)
  • Çaylar buzlaqlarla əvəz olunur (Daimi buz və qarlar vilayətləri)

Voyeykovun təsnifatından aydın görünür ki, çay tipləri, uyğun iqlim tipini müəyyən edən amillər məcmusunu daha aydın və hərtərəfli əhatə edir. Çay tiplərinə görə yağıntıların illik gedişləri haqda mümkün buxarlanma, temperatur rejimi haqda mühakimə yürütmək mümkündür. Həm də bu, meteoroloji amillərə əsaslanan iqlim təsnifatlarındakından da ətraflı göstərilir. Çay tipləri ilə iqlim tipləri arasındakı əlaqə hər şeydən əvvəl böyük prinsipial əhəmiyyətə malikdir. Çünki bu əlaqə yer kürəsində su dövranının və yerin müxtəlif hissələrində rütubət balasının iqlim əhəmiyyətini ilk plana çəkir. Çox təəssüflər olsun ki, bu sxema Voyeykov tərəfindən axıra çatdırılmamış və öz kartoqrafi əksini tapmamışdır.

1900-cü ildə V.V. Dokuqayev müəyyən etmişdir ki, müxtəlif landşaft-qoğrafi zonalara yağıntı və mümkün buxarlanmanın müəyyən nisbəti üyğun gəlir. Dokiqayevin bu əldə etdiyi nəticə, istər fiziki-coğrafi zonallıq haqda təsəvvürlərin inkişafı və istərsə də hidroloji və fiziki-coğrafi göstəricilərə əsaslanan iqlim təsnifatlarının işlənib. Hazırlanması işində böyük prinsipial əhəmiyyətə malik oldu. 1905-ci ildə Q.N.Vısotski Dokuqayevin ideyasını inkişaf etdirərək belə bir nəticəyə gəlir ki, landşaft-coğrafi zonaların iqlim şəraitini ilik yağıntıların mümkün buxarlanmaya olan nisbətinə bərabər olan kəmiyyət indeksi ilə xarakterizə etmək olar. Vısotskinin işlərində Rusiyanın Avropa hissəsinin təbii zonaları üçün bu indeksin kəmiyyətləri hesablanmışdır.

Vısotskidən bir neçə il sonra A.Penk yazıdığı və müxtəlif buxarlanmanın nisbəti əsasında hidroiqlim təsnifatın qurulmasının mümkünlüyü haqda oxşar ideya irəli sürür. O, bunun əsasında uyğun xəritə də Vısotskinin sxeminə nisbətən daha primitiv idi: Penk ayrı-ayrı zonaları rütubətlənmə şəraitini nəzərə almırdı və iqlimi üç qrupa bölürdü:

  • Rütubətli iqlimlər – yağıntılar buxarlanmadan çoxdur, ifrat rütubət çaylara axır.
  • Quru iqlimlər – buxarlanma yağıntılardan çoxdur, çaylar quruyur və mənsəbə çata bilmirlər.
  • Qarlar iqlimi – bərk halda düşən yağıntılar buxarlanmadan çoxdur, onların artıq miqdarı buzlaqlar halında axır.

1938-ci ildə M.İ.Lvoviç SSRİ çaylarının təsnifatını işləyib hazırladı ki, onların əsasına aşağıdakı prinsipləri qoymuşdu:

  • Çayların qida mənbələri
  • Axımın il ərzində paylanması
  • Çayların qış rejimi
  • Çay məcrasnın dinamikası

Lvoviç çayların rejimini 19 tipə ayırır, həm də bu tiplərə uyğun kələn vilayətlərin sərhədləri, landşaft-iqlim vilayətlərinin sərhədlərinə çox yaxın gəlirdi.

2.Rütubətlənmə dərəcəsinə əsaslanan təsnifatlar

Hidroloji amillərin nəzərə alınması xüsusilə buxarlanmanın nəzərə alınması Yer kürəsinin iqlim rayonlaşdırmasını və iqlimin təsnifatında ən vacib və eyni zamanda olduqca çətin həll olunan məsələlərdən biridir. Bu çətinliklərdən biri mümkün buxarlanmaya aid məlumatların çox az almasıdır. Bunun isə səbəbi odur ki, mümkün buxarlanmanı bilvasitə ölçmək üçün etibarlı metodlar yoxdur. Bununla əlaqədar olaraq, bir sıra tədqiqatlarda  mümkün buxarlanmanı, temperatur, havanın rütubəti, yağıntı, küləyin sürəti, həmçinin su səthindən gedən buxarlanmaya görə xaraterizə etmək cəhdləri olmuşdur.

Bu işlərin nəticəsində bir sıra iqlim təsnifatları quruldusa da, lakin onlar məsələnin tam həllini vermədilər. Bunun başlıca səbəbi o idi ki, günəş radiasiyası balansının kəmiyyəti olmadan mümkün buxarlanmanı dəqiq müəyyən etmək çətin idi.

1925-ci ildə A.A.Kaminski temperatur və nisbi rütubətə əsasən iqlim rayonlaşdırılması sxemini irəli sürdü. Baxmayaraq ki, bu sxema təkcə Orta Asiya və SSRİ-nin Avropa hissəsini əhatə edirdi, onun olduqca böyük prinsipial əhəmiyyəti var idi. Birinci göstərici kimi Kaminski temperaturu, ikinci göstərici kimi isə saat 13-də yəni buxarlanma ən intensiv gedən zaman havanın nisbi rütübətini qəbul edirdi. Kaminski aşağıdakı nəticələrə gəlirdi:

  • Meşənin sərhədinin şimal həddi elə bir yerdən geçir ki, orada ən isti ayın orta temperaturası 10° aşağı deyil və heç olmazsa ən isti aylardan birinin saat 13-də nisbi rütubəti 70%-dən artıq deyildir.
  • Meşənin cənub sərhədi çöllərdir. Çöllərin xarakterik xüsusiyyəti aşağı nisbi rütubət və olduqca yüksək temperaturalardır.
  • Səhralar o yerlər hesab edilir ki, orada illik isti dövrünün 4 ayı ərzində saat 13-də isti rütubət 30%-dən artıq deyildir.
  • Qütb zonası üç yay aylarının orta temperaturası 14 və 0° olan və saat 13-də nisbi rütübəti 70%-dən aşağı olmayan ərazilər daxildirlər.

Son dövrlərdə N.N.İvanov Yer kürəsinin iqlim təsnifatının sxemini rütübətlənmə dərəcəsinə əsasən verməyi təklif etdi. Rütutubət göstəricisinin əsas amili kimi İvanov yağıntıların mümkün buxarlanmaya olan nisbətini təklif edir. Mümkün buxarlanmanı o, temperatur və nisbi rütubətin əsasında xüsusən düstur vasitəsilə hesablayır.

        3.M.İ.Budıkonun iqlim təsnifatı prinsipləri

Səth örtüyünün istilik və su balasının qarşılıqlı əlaqəsi tədqiqi ilə əlaqədar olaraq, Budıkonun əsərlərində müəyyən olundu ki, istilik və su balansı üzvlərinin nisbi kəmiyyətləri üçün həlledici əhəmiyyət radiasiya balansının illik yağıntıların buxarlanması üçün lazım olan istiliyə olan nisbətinə məxsusdur. Eyni zamanda mnüəyyən oldu ki, həmin nisbətin kəmiyyəti əslində mümkün buxarlanmanın (radisasiya balansı əsasında hesablanmış) yağıntılara olan nisbətidir. Beləliklə, Budıkonun təklif etdiyi indeks, Dokuqayev-Vısotski ideyasının ümumiləşdirilməsi və inkişafıdır.

Budıko tərəfindən təklif edilmiş indeksdə radiasiya balansından istifadə edilməsi mümkün buxarlanmanın kəmiyətinin daha dəqiq hesablanmasına imkan verir.

Aparılmış hesablamalar göstərir ki, Budıkonun indeksləri aşağıdakı şəraitlərə uyğun gəlir: indeks 0.35-dən az – tundraya, 0.35-dən 1.1-ə qədər – meşə, 1.1-dən 2.3-ə qədər – çöl, 2.3-dən 3.4-ə qədər – yarımsəhra və 3.4-dən artıq – səhra şəratinə uyğun gəlir. Həmin kəmiyyətlərin izoxətləri fiziki-coğrafi zonaların sərhədlərinə daha uyğun gəlir. İndeksin müəyyən kəmiyyətlərinə müəyyən axım əmsalları uyğun gəlir. Aparılmış tətqiqatlar göstərmişdir ki, bu hesablamaların nəticələri faktiki materiallarla təsdiq edilir.

  1. B.P.Alisovun təsnifatı

Təsnifatların çoxu təsviri xarakterli olub, demək olar ki, bu və ya digər iqlim tipinin yaranma səbəblərinə toxunulur. Lakin iqlim tiplərini yaradan amillərin nəzərə almadan iqlim tiplərinin təsviri özü də tam ola bilməz. İqlimin təsnifatına baxış P.İ.Brounovun əsərlərində öz parlaq əksinin tapmışdır.

Brounov iqlim sərhədləri kimi olan və yüksək təzyiq sahələrinin oxlarını qəbul edir. Cənub və şimal subtropik yüksək təzyiq sahələri boyunca o, ən yüksək təzyiq xətlərini keçirir və onlara tropikdən kənar maksimumlar adı verir. Bu yolla Brounov qütb (60° şimal və cənub en dairələri) ekvatorial minimumlar sərhədlərini keçirir. Bu sərhədlər aşağıdakı dörd iqlim zonalarını müəyyən edir:

  • Artkik – şimal qütbünü əhatə edir. Sərt şimali-şərq küləklər vilayəti. Qütb minimumu oxuna qədər uzanır.
  • Mülayim – qərb və cənub-qərb küləklərinin hakim olduğu yağış və qar şəklində külli miqdarda yağıntılar düşən vilayət
  • Tropik – ekvatorial minimumun şimali sərhədinə qədər.
  • Ekvatorial – külli miqdarda yağıntılı və zəif küləkli

Brounov atmosfer təzyiqinin orta paylanması ilə oroqrafiya torpaq və bitki örtüyünü əlaqələndirmək istəyir

Torpaq və bitki örtüyünün iqlimlə sıx əlaqəsini göstərərək Brounov xüsusilə qeyd edir ki, çöl bitkilərinə malik olan qara torpaq zolaqlar tropikdən kənar maksimumlar zonasında yerləşir. Onun fikrincə Avrasiyada yüksək dağ sistemlərinin olması dağ süxurlarını parçalanmadan qoruyan iqlimin quraqlığı ilə izah olunur. Bu fikirlə əlbəttə razılaşmaq olmaz istər Alp, istər Qafqaz və istərsə də Orta Asiya dağlarından yağıntıların miqdarı onlardan şimalda, yüksək təzyiq sahəsindən kənarda yerləşmiş düzənliklərdəkindən dəfələrlə artıqdır

Brounov özünün “Rusiyanın iqlim və kənd təsərrüfatı rayonları” əsərində SSRİ-nin Avropa hissəsinin ətraflı iqlim rayonlaşdırılmasını verir. Bu rayonlaşmanın o, yuxarıda dediyimiz prinsip əsasında aparmışdır.

Atmosfer dövranın iqlim əhəmiyyətini haqlı olaraq əsas götürən Brounov eyni zamanda həmin amillərin mövsümü dəyişkənliklərinin rolunu nəzərə almır və hər şeyi orta illik vəziyyətlə mövqeyindən həll etməyə çalışır. O hətta yanvar və iyul aylarında atmosfer dövranı xüsusiyyətlərinə daha dəqiq və həqiqi olan orta illik paylanmanın pozulması halı kimi baxır.

Qettnerin təklif etdiyi təsnifat da genetik əlamətlərə arxalanır. Qettnerin aşağıdakı amillərə xüsusilə böyük diqqət yetirir:

  • Hava axınlarının xarakteri
  • Coğrafi en dairəsi
  • Dənizə görə mövqeyi
  • Relyef
  • Buludluluq, yağıntı, işıq və istilik

Onun fikrincə coğrafi nöqteyi nəzərdən uyğun şəraitlərdə yerləşmiş ərazilərin iqlimləri uyğun olmalıdır.

Genetik prinsiplər əsasında qurulmuş təsnifatlardan bu günə qədər ən dolğunu və qəbul edilmiş B.P.Alisovun təsnifatıdır. Bu təsnifatı o, 1936-49 irəli sürmüşdür. Bu təsnifatın əsasına hava ilə səth örtüyü arasında istilik və rütubət dövranı təsiri altında yaranan hava kütlələrinin coğrafi tipləri qoyulmuşdur. Hava kütlərini Alisov, atmosferin ümumi dövranının hava axını kimi baxır. Başqa sözlə o, hava kütlələrinə bir vilayətdən başqa vilayətlərə hərəkətdə və bununla əlaqədar olaraq, onların transformasiyası şəklində baxır. Biz B.P.Alisovun iqlim təsnifatı ilə “İqlimin coğrafi tipləri” bəhsində ətraflı öyrənmişik.

Hava kütlələrinin coğrafi tiplərinin əsas xassələrinə uyğun olaraq Alisov hər yarım kürədə 4 əsas qurşaq ayırır:

  • Ekvatorial hava qurşağı
  • Tropik hava qurşağı
  • Mülayim en dairələrinin hava qurşağı
  • Arktik (Antarktik) hava qurşağı

Relyefin təsiri altında iqlim rejiminin dəyişməsinə gəldikdə isə Alisov onlara əsas iqlim tipləri daxilində baş verən və geri ümumi miqyasda radiasiya və sirkulyasiya proseslərinin təsiri altında yaranan hadisə kimi baxır. Relyef bu proseslərin ümumi gedişində qanuna uyğun dəyişikliklərə səbəb olur. Relyefin təsiri altında əsasən aşağıdakı dəyişiklər baş verir:

  • Yüksəklik boyu sərbəst atmosferdə havanın temperaturunun dəyişməsinə uyğun olaraq temperaturun ümumi səviyyəsi dəyişilir.
  • Yüksəklik boyu radiasiya balansı ünsürlərin və səth örtüyünün termik rejimini dəyişir. Bunlar isə havanın mütləq rütubətliyinin azalması ilə əlaqədardır.
  • Buludluğun və yağıntıların kəmiyyəti dəyişir. Buna səbəb dağ yamaclarının keçən cəbhələr nisbətən tutduqları mövqedir.

Müxtəlif iqlim şəraitlərində bu dəyişiklərin xarakterləri ümumiyyətlə eyni qaydada qalır.

Hava və İqlim

Hava – zaman və məkandan asılı olmayaraq atmosferin vəziyyətidir. Havanın elementləri aşağıdakılardır:

  1. Temperatur – havanın istiliyinin və ya soyuqluğunun dərəcələrlə ifadəsi
  2. Təzyiq – müəyyən bir ərazi üzərində havanın qüvvəsi
  3. Rütubətlik – havada su buxarının miqdarı
  4. Buludlar – yer səthi üzərində, maye və ya buz kristallarının toplanması ilə əmələ gələn, gözlə görünən atmosfer elementi
  5. Yağıntı – Suyun bərk (qar, dolu) və maye (yağış) şəklində buluddan yer səthinə düşməsi
  6. Uzaq görünüş – Gözlə görülə bilən ən uzaq məsafə
  7. Külək – Havanın üfüqi hərəkəti

Əgər müəyyən bir ərazi üçün havanın elementləri illərlə ölçülərsə, həmin toplanan məlumatlar iqlimi əmələ gətirir. İqlim günlük və ya mövsümi hava elementlərinin məcmusudur. İqlim məfhumu bundan daha genişdir. Buraya şiddətli hava hadisələri də daxildir.

Hava və İqlim insan həyatında mühüm rol oynayan amillərdəndir. Gündəlik həyatla bərabər kənd təsərrüfatında əkin vaxtı üçün də iqlimin öyrənilməsi vacibdir. Hava bitkilərin inkişafı təmin edir. Baxmayaraq ki, hava və iqlim həyatımızda mühüm rol oynayır, biz həmçinin havadan gələcək təhlükələrə qarşı da özümüzü qorumalıyıq. Qış və Yay fəsillərində müvafiq olaraq, şiddətli şaxtalar və quraqlıq insanları müəyyən tədbirlər görməyə sövq edir.

Hava həmçinin insan psixologiyasına da ciddi təsir edir. Belə ki, isti günlərdə insanların fəaliyyəti azalır və psixologiyalarını sakitləşdirmək məcburiyyətində olurlar. Soyuq hava şəraitində isə insanlar soyuqdan qorunmaq üçün müəyyən tədbirlər görürlər. Şiddətli soyuqlar donvurma və hipotermiyanın insan səhətinə ciddi zərər vurması və ya ölümlə nəticələnir.

Arktik zonalarda təzyiqin bir anda düşməsi nəticəsində kəskin soyuqlar yaranır. Bəzi insanlar üçün quru, küləkli hava onların davranışlarına ciddi təsir göstərir. Hal-hazırda psixologiyada küləyin insanın əhval ruhiyyəsinə təsiri tam yaxşı öyrənilməmişdir.

Hava kəskin şəkildə dəyişdiyində insanlara həm maddi həm də mənəvi zərər vurur. Məsələn, 2006-cı ilin Yanvar ayında ABŞ-da anomal istilər müşahidə olundu və hökümət insanları qorumaq üçün milyon dollarla vəsait xərclədi.

Əsas insan həyatına təsir edən amil anomal soyuqlardır. Güclü qar yağması və don hadisəsi nəticəsində, yollar, təhsil ocaqları qısa müddətli bağlanır kommunikasiya qovşaqları sıradan çıxır və milyonlarla əhaliyə elektrik verilişində problemlər yaranır.

Hər il isti hava xeyli insanların ölümünə səbəb olur. Son 20 ildə ABŞ-da anomal istilərdən 300 insan həyatını itirmişdir. 2006-cı ildə Kaliforniyada temperaturun 46°C-yə çatması nəticəsində 100 nəfər həyatını itirmişdir.

Baxmayaraq ki, güclü yağışlar Şimali Amerika üçün xarakterikdir. Lakin hava prosesləri nəticəsində tufanların yaranması ilə əhaliyə və kənd təsərrüfatına ciddi ziyan dəyir. 2005-ci ildə baş vermiş Katrina qasırğası nəticəsində 1200 insan məhv olmuşdur. Güclü yağışlar sadəcə yağması ilə qalmır, daşqın və sellərə də səbəb olur. İnsanlara zərər vuran başqa bir hadisə isə ildırımdır. Hər il ABŞ-da 25 milyon ildırım düşməsi müşahidə olunur.

İnsanlara zərər vuran əsas hava hadisələrindən biri də dumandır. Yaz və payız aylarında yaranan bu hadisə, görmə məsafəsini azaldaraq insanlara ciddi zərər vurur. Hər il dünyada dumanlar nəticəsində qatarvari avtomobil qəzaları baş verir. Qatı dumanlar zamanı aviasiya sənayesində də müəyyən gecikmələr müşahidə olunur.