Bermud Üçbucağı

Bermud Şeytan Üçbucağı, Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Bu bölgə Amerikan sahil qoruma təşkilatının 7 saylı bölgə müdirliyinin 5720 saylı raportunda belə təsvir edilməkdədir: “Bermud üçbucağı ya da şeytan üçbucağı deyə bilinən xəyali yer, Atlantik okenaında, ABŞın cənub-şərq sahillərində, açıqlana bilməyən , gəmi və təyyarə itkilərinin çox olduğu bir sahədir. Bu üçbucağın künclərində Bermud adaları , Florudadakı Miami, və Puerto Ricodakı San Juan . yerləşir

Kimsənin şərh edə bilmədiyi bu əsrarəngiz fenomen, içində elm adamlarının da olduğu bir çox insan tərəfindən “fövqəltəbii bir sıra güclərin ərazisi” hesab edilir. Bu şərhlər arasında itkin Atlantidanında bu yerdə yoxa çıxdığı düşünülür(bu fərziyyəyə görə atlantik okean bu adla adlandırılıb) İtkin Qitənin heç bir zaman aydın ola bilməyən texnoloji və maqnetiksahələrdən birinin təsirindən və ya o bölgənin dəfələrlə başqa planetli varlıqların ziyarətlərində orada yaratdıqları maqnetik sahənin bir təsiri olduğu, hətta Kristof Kolombun belə tutduğu gündəliklərdə, o bölgədə səmada uçan təyin oluna bilməz cisimlərdən bəhs edildiyi iddia edilmişdir. Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı . Bu son iddia ya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən idi .

Yeraltından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxarlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parcalarıdır. Ancaq, okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqində də təsiriylə qatı hala çevrilir və “hidrat” deyilən ağ və qatı bir maddə halına gəlirlər. Çox dərinlərə dala bilən robot kameralarının bu bölgədəki ağappaq okean döşəməsini və bəzi gəmi dağıntılarını şəkilini çəkməsindən sonra mövzuya bu elmi şərh gətirilmişdir: Bu bölgə, Gulf Stream deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu “zəhərli qazlar” sudan yüngül olduqları üçün səthə doğru yüksələrlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalar . O sırada oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibini çəkilir Çünki, sıxlığı düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönər və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış olarlar.

Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr. Oradan təsadüfən keçən bir təyyarə dərhal radarları itirər və mühərrikləri dayanar. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də , sürətlə okean döşəməsinə doğru enişə keçər.

Advertisements

Sunami

Sunami okeanda Zəlzələ nəticəsində yaranan su dalğasıdır. Zəlzələnin gücündən asılı olaraq sunami dalğasının böyüklüyü artır və Quruda yaşayan insanların yaşayışına təhlükəli olur. İndoneziyada 2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində böyük dalğalar
yaranıb çoxlu insanları həlak etmişdir. “Sunami” sözü Yaponcada “liman dalğası” mənasını verir. Sunami bir dalğadan ibarət olmur, bir neçə dalğalar ardıcıllığıdır. Böyük sunamidə bu dalğa ardıcıllığı bir saatdan çox davam edə bilər və bu dalğaların şiddəti və böyüklüyünün getdikcə azalacağına zəmanət verilmir. Sunaminin baş vermə səbəbi dənizaltında reallaşan zəlzələlərdir. Sunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır. Sunamilərin 80 faizi Sakit okeanda baş verir. Dənizaltındakı zəlzələlərin sunamiyə gətirib
çıxarmağı nəzəriyyəsini ilk dəfə Yunan tarixçisi Thucydides, tərəfindən kəşf edilib. Vulkanik partlayışlar, böyük sürüşmələr, dənizaltındakı nüvə partlayışları və tropik qasırğalar da sunami meydana gəlməsinə səbəb ola bilər. Myanmar 2008-ci ildə baş vermiş sunami böyük dağıntılara səbəb olmuş və 200 minə yaxın insan həyatını itirmişdi. Okeanda sunami dalğalarının yüksəkliyi bir metr qədərdir, dalğa uzunluğu, yəni iki dalğa arasındakı uzaqlıq 40 metrə qədərdir. Dalğaların sürəti isə saatda 800 kilometrdir. Sunami okeanın dayaz bölgələrinə çatdıqca, dalğa uzunluğu daralar və yüksəkliyi artar, sürəti isə azalaraq saatda 80 kilometrə düşər. Sunamini əvvəlcədən təxmin etmək qeyri-mümkündür. Əgər sahildəki sular birdən çəkilsə, bir neçə dəqiqə əvvəldən xəbərdarlıq etmək mümkündür. 2004-cü ildə Hind Okeanında baş verən sunamidə yuxarıdakı məlumatı istifadə edən 10 yaşındakı İngilis Tilly Smith, yüzə yaxın adamın həyatını qurtarmışdır. Sahil suların geri çəkilməsinin sunami göstəricisi ola biləcəyini öyrənən Smith, ailəsi və ətrafındakıların xilas olmasını təmin etmişdir. Tilly Smith, daha sonra BMT-də bu mövzuyla əlaqədar çıxış etmişdir. Sunami okean ya da dənizlərin döşəməsində yaranan zəlzələ, vulkan partlaması və bunlara
bağlı döşəmə çökməsi, zəmin sürüşmələri kimi tektonik hadisələr nəticəsində dənizə keçən
enerji səbəbiylə yaranan uzun periyodlu dəniz dalğasını təmsil edir.Yaponiyada, 21000 adamın həyatını itirdiyi Böyük Meiji sunamisindən sonra Yaponların etdiyi kömək çağırışlarıyla dünya dillərinə özbaşına yerləşmişdir. Sunamidən sonra yaranan dalğanın digər dəniz dalğalarından fərqi, su zərrəciklərinin süründürülməsi nəticəsində hərəkət qazanmasıdır. Dərin dənizdə varlığı hiss edilməzkən, dayaz sulara gəldiyində dik yamaclı
sahillərdə ya da V tipi daralan körfəz və koylarda bəzən 30 metrə qədər dırmaşaraq çox
şiddətli axıntılar yarada bilən bu dalğa; insanlar üçün zəlzələ, tayfun, uçqun, yanğın ya da sel kimi bir təbii fəlakət halına gələ bilməkdədir. Sunami ilk meydana gəldiyində tək bir dalğadır
ancaq qısa bir müddət içərisində üç ya da beş dalğaya çevrilərək ətrafa yayılmağa başlayır.
Bu dalğaların birincisi və sonuncusu çox zəifdir ancaq digər dalğalar təsirlərini sahillərdə şiddətli şəkildə hiss etdirə biləcək bir enerjiylə irəliləyirlər. Bu səbəblə zəlzələlərdən qısa bir
müddət sonra sahillərdə görülən yavaş amma anormal su səviyyəsinin dəyişməsi ilk dalğanın
gəldiyini göstərir. Bu dəyişmə, arxadan gələcək olan çox qüvvətli dalğaların ilk xəbərçisi də ola bilər.Bu vəziyyətdə ediləcək tək şey; sahildən uzaqlaşmaqdır. Dəniz içərisində seyr halında
olanlar isə sahildən uzaqlara, dərin sulara gedərək dalğanın özlərinə və dəniz nəqliyyat
vasitəsisinə verəcəyi Zərəri azalda bilər hətta önləyə bilər. Dəniz sahilində olanlar üçün sə, dənizdən uzaqlara və yüksəklərə getmək zəruridir. Sunami çox güclü dalğalardır onu
dayandırma gücü yoxdur yalnız qaçıla bilər. Ən son 11 mart 2011-ci ildə Yaponiyadakı
zəlzələ və sunami isə bu fəlakətin nə qədər ciddi və təhlükəli olduğunu və insanın təbiət
qarşısında nə qədər aciz olduğunu bir daha göstərdi.Yaponiyada baş verən və sonradan
sunami ilə müşayiət olunan dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı son məlumatlarda 14
minə çatdığı bildirilirdi.15 minə yaxın adam isə itkin düşmüş sayılır.Qeyd edək ki, Yaponiyada Rixter cədvəli ilə 9,0 bal gücündə zəlzələ martın 11-də ölkənin şimal-şərqində qeydə alınıb. Yeraltı təkanlar hündürlüyü 10 metrdən çox olan sunami ilə müşayiət olunub.

Daşqınlar

Təbii fəlakətin bir növü olan daşqınlarla insanlar hələ qədim zamanlardan mübarizə aparırlar. Daşqınlar cəmiyyətə vurduğu ziyana və qurbanların sayına görə təbii fəlakətlər arasında birinci yeri tutur.  BMT ekspertlərinin hesablamalarına görə, dünyada baş verən daşqın hadisələrinin sayı sürətlə artmaqdadır. Daşqınların əsasən intensiv yağış və siklonun təsiri nəticəsində, həmçinin dağlarda qar və buzlaqların əriməsi nəticəsində baş verdiyi bildirilir. Bir çox daşqınlar insanların yaddaşında əsrlərlə yaşayıb, çünki onların vurduğu dağıntı və insan ölümü ən qanlı müharibələrlə üst-üstə düşür.  Məsələn, ən dəhşətli daşqınlardan biri 1332-ci ildə  Çində, Xuanxe çayında baş verib. Həmin daşqın nəticəsində 7 milyonadək insan həlak olub. 1887-ci ilin payızında baş verən daşqın nəticəsində isə Çində 11 şəhər və 300 kənd dağılıb, 2 milyondan çox insan həlak olub.

XX əsrdə çoxsaylı insan ölümü və nəhəng dağıntılarla müşahidə olunan 1000-dən çox daşqın qeydə alınıb. Hesablamalara görə, Yer kürəsində subasma təhlükəsi olan ərazi təqribən 3 milyon kv.km təşkil edir ki, burada təqribən 1 milyard insan yaşayır. Ayrı-ayrı illərdə daşqınlardan illik ziyan 200 milyard dolları keçib.   Son 20 ildə dünyanın iri çay, göl və digər su sahillərində yaşayan əhalinin və ərazidə yerləşən təsərrüfatların daşqına məruz qalması, bu hadisədən ziyan çəkməsi halları xeyli artıb. Proqnozlara görə, təbii və antropogen səbəblərə görə, daşqınların vurduğu ziyan getdikcə artacaq.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, təkcə 1991-2000-ci illərdə dünyada 900-ə yaxın daşqın hadisəsi qeydə alınıb və bu fəlakət nəticəsində ölənlərin sayı təxminən 98 min, zərərçəkənlərin sayı 1,5 mln. nəfər, iqtisadiyyata dəyən ziyanın həcmi isə 273 mlrd. dollar təşkil edib.

2000-2007-ci illərdə bu proses daha da intensivləşib və hər il daşqın hadisəsi nəticəsində orta hesabla 10 min  insan məhv olub, 150 min nəfər ağır xəsarət alıb və dünya iqtisadiyyatına təxminən 27-30 mlrd. dollardan çox ziyan dəyib. Azərbaycan ərazisində də əhalinin  müəyyən hissəsi və bir çox təsərrüfat sahələri daim daşqın və su basması təhlükəsi zonasında yerləşir. Bu baxımdan daşqın hadisəsinin iqtisadi və sosial-coğrafi istiqamətdə öyrənilməsi və dəyən ziyanların azaldılması xüsusi aktuallıq kəsb edir.

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatına görə, 1997-2007-ci illər ərzində Azərbaycan Respublikası ərazisindən axan çaylarda 100-dən çox qısa müddətli sel, daşqın və subasma halları qeydə alınıb ki, bunun da 80%-i Böyük Qafqazın cənub və şimal-şərq yamacı, qalan 20%-i isə Kiçik Qafqazın şimal-şərq yamacı, Naxçıvan MR ərazisindən axan çayların, Kür və Araz çaylarının payına düşür. Lakin respublikanın iqtisadiyyatına vurulan zərərin böyüklüyünə görə Kür və Araz çaylarında uzun sürən daşqın və subasma prosesləri fərqlənib. Belə ki, 2002-ci ilin dekabr ayı və 2003-cü ilin yanvar-mart aylarında respublika ərazisində son 100 ildə baş verməyən dağıdıcı daşqın və sel hadisələri baş verib və bəzi Kür ətrafı ərazilərdə 10 min hektarlarla əkin sahələri su altında qalmış və yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Son illər ərzində Kür çayının aşağı axımında baş verən daşqınlar nəticəsində Kürün sahil zolağında yerləşən Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sahilyanı ərazilərinin su altında qalması halları baş verib. 2007-ci ilin may ayında Kür çayında suyun səviyyəsinin qalxması və sahilboyu yaşayış məntəqələrində subasma halları baş verib.

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin məlumatına görə, Azərbaycanda daşqınların baş verməsinin əsas səbəbi göstərilən çay hövzəsində uzun müddətli yağıntıların və xüsusilə də leysan yağışların düşməsi, çayların mənbələrində onların qidalanmasında mühüm rol oynayan qalın qar örtüyünün və buzların yazın axırında kəskin isti hava şəraitində vaxtından əvvəl tez əriməsidir. “Qeyd etmək lazımdır ki, Kür və Araz çaylarının aşağı axınlarında 800 km-ə qədər məsafədə bir, bəzən iki sıra torpaq bəndləri yüz illərdən bəri ətraf ərazilərdəki yaşayış məntəqələrini, əkin sahələrini daşqınlardan qoruyurdu. Hazırda Kür ətrafı ərazilərdə yaşayış sahəsi genişləndiyindən, yəni yerli sakinlər tərəfindən yeni yaşayış evləri inşa edildiyindən bu ərazilərdə bəndlərin bir hissəsi kəndlərin daxilində qalıb. Əslində isə yaşayış məntəqələri torpaq bəndlərindən 50-100 m ara məsafədə yerləşməli və bu ara məsafədə yalnız meşələrin, bağların salınması məqsədəuyğun olardı”.

İdarədə hesab edirlər ki, hazırda Azərbaycanda baş verən və gözlənilən daşqınların qarşısını almaq üçün ilkin olaraq aşağıdakı qısa və uzunmüddətli məqsəd daşıyan tədbirlərin görülməsi çox vacibdir:
– Məcranın lilləndiyi və suburaxma qabiliyyətinin azaldığı ərazilərdə təmizləmə işlərinin aparılması;
– Həddən artıq meandrlaşan yerlərdə məcranın düzəldilməsi;
– Subasma təhlükəsinin çox olduğu sahil ərazilərində bəndlərin tikilməsi;
– Mənsəb hissədə Xəzər dənizinə əlavə süni sudaşıyan kanalların tikilməsi;
– Kür çayı hövzəsində daşqın hadisəsinin törədə biləcək fəlakətlərinin qarşısını maksimum səviyyədə almaq üçün onun keçdiyi 14 rayon ərazisində çayın yatağının dərinləşdirilməsi və əvvəllər mövcud olmuş 1-2 cərgəli torpaq bəndlərin müvafiq sahələrdə yenidən bərpa edilməsi.
Daşqınlarla mübarizədə ən əhəmiyyətli üsullardan biri də mühəndis qurğularının yaradılmasıdır. Bunlardan da ən effektlisi böyük vəsait tələb edən su anbarlarının tikilməsidir. Lakin Kür və Arazın aşağı axarlarında su anbarlarının tikilməsi üçün müvafiq yer olmadığından Kür çayı daşan zaman onun artıq sularının sağ sahilində yerləşən Mil-Muğan kollektoruna, Sarısu və Ağ gölə axıdılması daşqınların gücünü və vuracağı zərəri xeyli azalda bilər.