Aeroloji Diaqramlar

Havanın şaquli istiqamətdə strukturunu sürətli, asan və müəyyən ərazi üçün atmosfer xarakteristikalarını öyrənmək məqsədilə termodinamiki diaqramlardan və ya aeroloji diaqramlardan istifadə edilir. Diaqramlar, temperatur, təzyiq, rütubətlik və s. kəmiyyətlər müşahidə edilərək tərtib edilir.

Bu məlumatlar şaquli paylanma kimi qəbul edilir. Exo-səs şəbəkəsi vasitəsilə atmosferin üç ölçülü forması təşkil edilir və bir-birini izləyən exo-səs dalğaları ilə məlumatların ötürülməsi inkişaf etdirilir.

Diaqramlarda göstərilən proseslər rütubətli havada olur. Sistemdə iki komponent və bir mərhələ vardır; dəyişməsi, mərhələ qanuna görə üç cür olmalıdır. Eyni ilə exo-səs sistemində də müvafiq olaraq üç fərqli ölçülmüş dəyişən vardır (p, T, Uw) və bu dəyişənlər ilə skalyar qiymətli bir əyri və ya (məsələn, T-nin bir funksiyası kimi p, Uw-nun əyri boyunca qiymətləri yazılır) iki fərqli əyri (p-nin funksiyası kimi T və p-nin qiyməti kimi Uw) qurulur. Əgər havada yağıntı varsa, dəyişmə ikiyə endirilir və yalnız bir əyri kifayət edir (p-nin funksiyası kimi T; e=ew (T,p) sərbəst halda deyil)

Termodinamiki diaqramlarda müxtəlif izoxətlərdən istifadə olunur; izobarlar, izotermlər, eyni doymuş su buxarı olan nöqtələri birləşdirən əyrilər (Uw = 1), quru hava üçün potensial və izontropik temperatur və quru adiabatların əyriləri və s. Bunlardan ən əsas “doymuş adiabat”lardan daha çox istifadə olunur. Bu əyrilər diaqramın bünövrəsi hesab edilir. Qeyd etmək lazımdır ki, bu xətlər diaqramda başqa bir əyri kimi də çəkilə bilər və iki məna ifadə edə bilər. Birinci, statistik, atmosferin şaquli quruluşunu bildirən bir adiabat şaqul boyunca sabit potensial temperaturlu atmosfer layını təmsil edir. lakin bu yuxarı qalxdıqca adiabatik genişlənmə ilə artan havanın parsial təzyiqi üçün çatışmazlığın dəyişməsini təmsil edən bir inkişaf əyrisi qurula bilər. Potensial temperaturun əyri üçün sabit olması təmsilin uyğunluğunu ifadə edir.

Diaqramların əhəmiyyəti böyük qiymətdəki məlumatların sürətlə alınmasındadır. Onlar atmosferin şaquli dayanıqlığını öyrənməyə imkan verir. Verilmiş iki təzyiq nöqtəsi arasında təbəqənin qalınlığını diaqramların vasitəsilə öyrənilir. Atmosfer prosesləri bu üsul vasitəsilə rahat öyrənilə bilər. Şaquli struktur ilə həmçinin hava kütlələrinin növlərini və hava kütlələrinin qarışıqlarını da öyrənmək mümkündür.

Ümumi və xüsusi ehtiyaclar üçün diaqramlar tərtib edilir. Diaqramlar üçün aşağıdakı meyarlar vardır:

  1. İzotermlər ilə adiabatlar arasındakı bucaq. Bucağın böyük olması nəticəsində şaqul boyunca təzyiq ilə temperatur dəyişikliklərinin ölçüsünün variasiyaları diaqramlarda daha həssas olur. Bu dəyər hava kütlələrinin və cəbhələrin sinoptik cəhətdən təhlili üçün əhəmiyyətlidir.
  2. Neçə və hansı düz izoxətlər vardır. Düz xətlər diaqramın təhlilini asanlaşdıran bir meyardır.
  3. Əgər bütöv enerji diaqramda ölçülən ərazi ilə müəyyənləşə bilirsə, belə diaqramları bəzən ekvivalent və ya sahə qoruyucu diaqramlar deyilir.
  4. Əgər əsas izoxətlərdən biri koordinatların biri boyunca uyğun yer dəyişmə edərsə diaqramdan məlumatın əldə olunması asanlaşar.
  5. Hündürlük ordinat oxu boyunca dəyişərsə, yəni, proporsional olarsa, atmosfer diaqram üzərində daha vizual olacaq və məlumat əldə etmək daha rahat olacaq.

Hava xəritələrinin təhlil olunma qaydaları

Hava xəritələrinin təhlili sinoptik meteorologiyanın əsas istifadələrindən biridir. Hava xəritələri üzərində aparılan əməliyyatlar sinoptik meteorologiyada hava proseslərinin tam təhlil edilməsinə imkan verir. Hava xəritələri üzərində aparılan təhlilləri aşağıdakı əməliyyatların həyata keçilirməsi ilə yerinə yetirilir.

  1. ilk növbədə xəritələr üzərində izobarlar keçirilir və bu izobarlar üzərində onların qiymətləri yazılır.
  2. izotendensiya əyriləri keçirilir və bu əyrilər üzərində onların qiymətləri göstərilir. İzotendensiya əyriləri dedikdə son 3 saat ərzində təzyiqin dəyişməsi göstərilir.
  3. Siklon və antisiklonların mərkəzləri müəyyən edilir və bu mərkəzlər üzərində təzyiqin qiymətləri göstərilir.
  4. Xəritə üzərində şərti işarələrlə rəngli karandaşlarla hava proseslərinin xüsusiyyətləri ayrı göstərilir. Məs, yağıntıların bir rənglə, duman başqa rənglə və s. işarə edilir.
  5. Atmosferin cəbhə xətti çəkilir. Hava xəritələri üzərində atmosfer cəbhə xəttinin müəyyən edilməsi mürəkkəb və əsas əməliyyatlardan biridir. Bu səbəbdən cəbhə xətti əvvəlcə nazik qara karandaşla xəyali şəkildə müəyyən edilir. Sonradan isə onun yeri daha da dəqiqləşdirilir.

 

Qeyd edilən bu işarələr xəritə üzərində müxtəlif rənglərlə çəkilir. bunlarla bərabər hava xəritələri üzərində atmosfer cəbhələri də şərti işarələrlə müəyyən edilir.

İsti cəbhələr

Soyuq cəbhələr

Az hərəkətli cəbhələr

Təkrarlanan isti cəbhələr

Təkrarlanan soyuq cəbhələr

Yuxarı hündürlüklərdə baş verən yavaş hərəkətli cəbhələr

Beləliklə hava xəritələrinin tərtib olnuması zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla istifadə edilir.

  1. İzobarların çəkilməsi ilə siklon və antisiklon mərkəzlərinin vəziyyətləri göstərilir və buna uyğun olaraq təzyiq çökəklikləri və yallarının vəziyyəti müəyyən edilir.
  2. Yağıntılar və başqa hava prosesləri şərti işarələri ilə göstərilir.
  3. Təzyiq mərkəzləri onun artması azalması daxil olduqda müəyyən edilir. Bu zaman onların mərkəzlərində artma yaxud azalma müəyyən edilir.
  4. Nazik qara karandaşla hava xəritələrinin üzərində olan məlumatlara əsaslanaraq cəbhə xətləri çəkilir. Sonradan müəyyən dəqiqləşdirmələr aparmaqla cəbhə xətti son varianda müəyyən edilib qurulur.
  5. Cəbhə xətti boyunca yağıntı zonaları dəqiqləşdirilir.
  6. Bu işin tamamlanması izobarların qiymətlərinin göstərilməsi ilə başa çatdırılır.
  7. Siklon və antisiklon mərkəzlərində xüsusi hərflərlə onların xüsusiyyətləri və onların trayektoriyası müəyyən edilib göstərilir.
  8. Xəritələr üzərində qurulmuş və yazılmş bütün məlumatlar yoxlanılır.

Barik topoqrafik xəritələrdə hava xəritələrinə uyğun şəkildə ardıcıllığa əməl etməklə aparılır.

Nisbi topoqrafik xəritələrin qurulmasında isə aşağıdakı əməliyyatlar həyata keçirilir.

  1. Hər geopotensial dekametrdən bir izohips əyriləri qurulur. Bu isə hər 2C-dən bir izoterm əyrilərinin qurulmasına ekvivalentdir. Qapalı izohips əyriləninin mərkəzləri soyuq hava sahələri kimi müəyyən edilir və qara karandaşla mərkəzdə soyuq sözü yazılır. Anoloji qaydada N1000500 xəritəsi üzərində yüksək temperatur sahələri qeyd edilir və mərkəzdə qara karandaşla isti sözü yazılır. NTX-lər üzərində termik küləklər nəzərə alınır. (MTX-lərdə adi küləklər nəzərə alındığı qaydası ilə)
  2. İzoterm əyriləri qurulur və onların üzərində qiymətləri yazılır. Bu əyrilər temperaturun son 12 yaxud 24 saat ərzində dəyişməsini göstərir. İzoterm əyriləri 2C-dən bir çəkilir. (yaxud 4 geopt). Bu zaman temperatur artdığı mərkəzlər üzərində İ, temperatur ardıcıllığı mərkəzlər üzərində isə S hərfi qoyulur.
  3. Hava xəritələri üzərində müəyyən edilən cəbhə xətləri eynilə NTX üzərinə köçürülür.
  4. NTX üzərində yazılmış bütün yazılar və əyrilərin vəziyyələri sinoptiklər tərəfindən yoxlanılır. Bu cür N1000500 NTX xəritələri üzərində anoloji qaydada həyata keçirilir.

Sinoptiki təhlilər zamanı qeyd edilmiş qaydada köməkçi xəritələr də tərtib oluna bilər.

Atmosfer cəbhələri və onların təsnifatı

Atmosfer cəbhələri 2 müxtəlif hava kütlələri arasında ensiz hava zolaqları atmosfer cəbhələrinin təsiri nəticəsində hava şəraiti kəskin şəkildə dəyişir. Atmosfer cəbhələri şaquli və üfüqi gərginliklərinə görə həm də atmosferin sirkulyasiyası baxımında müxtəlif cəhətlərə ayrılır.

  1. Əsas cəbhələr (Troposfer və daha hündür)
  2. Qeyri-əsas cəbhələr (Yerüstü alçaq və alçaq cəbhələr)
  3. Hündürlük cəbhələri

İrimiqyaslı xəritələr üzərində həm də radiolokator yaxud da meteoroloji peyklər vasitəsilə atmosfer cəbhələrinə xas olan bir sıra xüsusiyyətlər müəyyən edilir. Köçürülmə qabiliyyətinə görə şaquli və hava şəraitinə təsir baxımından atmosfer cəbhələrinin aşağı formaları mövcuddur.

  1. Sadə cəbhələr. Bu cəbhələr həm isti, həm soyuq həm də az hərəkətli (stasionar) formalar alır.
  2. Mürəkkəb cəbhələr (okkluyzlar) cəbhələr. Bu cəbhələr də isti, soyuq, neytral ola bilər.

Göstərilən hava cəbhələri anafrontal ola bilər, yəni bu zaman isti hava dağılan xüsusiyyətli hərəkət malik olmaqla soyuq hava kütlələrinin üzərinə sürüşür. Eyni zamanda qeyd edilən cəbhələr həm də katafrontal ola bilər. Bu zaman yuxarının əksin isti hava kütləsi enən xüsusiyyətli hərəkətlə soyuq hava kütlələrinin üzərinə sürüşür.

Bundan başqa cəbhələr həm də kəskin şəkildə özünü biruzə verməklə həm də yuyulmuş halda ola bilər. Yəni zəif şəkildə əks oluna bilər. Coğrafi əlamətlərinə görə cəbhələr aşağıdakı şəkildə olurlar.

  1. Arktik
  2. Polyar-mülayim
  3. Tropik

Tropik cəbhələr anlayışı sinoptik meteorologiyada Norveç meteoroloqları tərəffindən daxil edilmişdir. Xüsusi halda cənub şimal passatları həmçinin hava cəbhlərini formalaşdırır və bu cəbhələr tropik cəbhələr adlanır. Sonralar isə müəyən edilir ki, qeyd edilən cəbhələr hər 2 tərəfdə yerləşən hava kütlələri öz xassələrinə görə bir o qədər bir birindən fərqlənmirlər. Ona görə də tropik cəbhələr anlayışı atmosfer cəbhələrinə verilmiş qaydaya uyğun gəlmir. Bu səbəbdən də qeyd edilən hava kütlələri üçün vəziyyət hava kütlələrinin yığılmasının konvergensiyasını ifadə edir. Buna görə də tropik cəbhələr əvəzinə yeni ədəbiyyatlarda tropik daxili konvergensiya zamanı işlədilir. Belə xüsusiyyətli cəbhələr dedikdə çox böyük üfüqi və şaquli gərginliyə malik olan cəbhələr başa düşülür. Bunun üfüqi gərginliyi bir neçə min km şaquli isə yalnız bir neçə min təşkil edir.

Əsas cəbhə yanlız yerüstü xəritələr üzərində deyil həm də BTX üzərində izlənilə bilər. Əsas cəbhələr hava kütlələrinin bir birindən kəskin şəkildə fərqləndirən hissələrə bölür. Bu zaman temperaturlar fərqi cəbhə xəttindən hər 2 tərəfdə 5C-dən yuxarı ola bilər. Bəzi halda isə bu fərq daha da arta bilər. Əsas cəbhələrdə adətən qeyri-tropik siklonlar və onların ailəri şəkildə iştirak etməsi tez tez müşahidə edilir. Əsas cəbhələr isə üfüqi ölçüləri bir neçə 100 kmlərlə şaquli gərginliyi isə bir birinə 5 km arasında dəyişir.

Qeyri Əsas yaxud da 2-ci dərəcəli cəbhələr yüksək frontal zonalarla əlaqəli olunur. Barik topoqrafik xəritələr üzərində bu cəbhələr nəzərə çarpmır. Qeyri Əsas cəbhələr bunların mövcudluğu 1-2 sutkadan çox olunur. Əlverişli hava şəratində bu cəbhələr əsas cəbhələrə çevrilə bilərlər. Soyuq qeyri-əsas cəbhələr adətən siklon arxalıqlarda müşahidə olunur. Bu cür cəbhələr adətən öz bağlı olduqları siklonlardan kənara çıxa bilmirlər. Qeyri-əsas cəbhələrin yerüstü səthində formalaşması küləklərin yığılma zonası yerli topoqrafik xüsusiyyətdən asılı olaraq formalaşır. Ona görə də bu cür cəbhələr topoqrafik cəbhələr adlanır. Bu cəbhələr də formalaşdıqları ərazidən kənara çıxa bilmirlər əsas cəbhədən fərqli olurular.

Hündür cəbhələr – adətən müəyyən bir hündürlükdə adətən troposferdə formalaşır. Bu cəbhələr topoqrafik xəritələr üzərində yaxud da atmosferin şaquli kəsikləri üzərində görülə biləndir. Ancaq yerüstü xəritələrdə isə onları görmək olmur. Bu cəbhələr adi cəbhələrə çevrilə bilərlər, əgər onların köçürülməsi zamanı onların ətraflarının kəskin şəkildə soyumuş hava kütləsi olarsa onlar adi cəbhələr çevrilə bilər və yaxud da bu cəbhələr yerüstü səthdən dağılmaq üzrə olduğu halda yuxarıda mövcud ola bilərlər. Hündür cəbhələr adətən okkluyz cəbhələr sistemində daha tez-tez görünürlər. Keyfiyyətcə bu cəbhələr isti yüksək frontal zonalarda (yerüstü xəritələrdə müşahidə edilməyən) izlənilə bilər. Hündür cəbhələrin daxil olduğu yüksək frontal zonların eni adətən 500 km-dən aşağı olmur. İsti cəbhələr adətən cəbhə hissəsi soyuq hava kütləsinə doğru köçürülən cəbhələrdir.

İsti cəbhənin ardınca adətən isti hava kütləsi köçürülür. Bu zaman öndə yerləşən soyuq hava kütləsi kənara çəkilir. İsti cəbhələr adətən anafrontal adlanır.

Soyuq cəbhələr isə kadofrontal adlanır. Soyuq cəbhələr isə adətən isti hava kütləsinə doğru köçürülür. Soyuq cəbhələrin ardınca isti hava kütləsi kənara çəkilir.

Stasionar cəbhələr isə adətən uzun müddətdə cəbhə zonası öz yerini dəyişmir.

Eyni bir sistemə daxil olan siklonlarda soyuq cəbhələrin isti cəbhələrə nisbətən bir qədər tez tez köçürülür. Bu səbəbdən də müəyyən bir vaxtdan sonra bu cəbhələrin bir birinə yaxınlaşmasın baş verir və onlar birləşirlər bu halda siklonların isti hissəsində isti hava kütlələri digər hissədə isə soyuq hava kütlələri toplanılır. İstənilən cəbhə tipi ya kəkin şəkildə ya da yuyulmuş halda müşahidə edilən cəbhənin formalaşması kəskinləşməsi frontogenes, onun yuylması dağılması frontoliz adlanır.