Günəş radiasiyasının növləri və onları ölçmək üçün cihazlar

Günəş radiasiyası yer səthinə çatana qədər atmosferdən keçir və orada bir necə dəyişiklərə məruz qalır. Bir hissəsi atmosfer təbəqəsi vasitəsiilə udulur bir hissəsi isə səpələnir. Günəş radiasiyası əsasən su buxarı vastəsi ilə udulur. Meteorologiyada şüa enerji selinin dalğa uzunluğu 0.2-5.0 mkm olan qısa və dalğa uzunluğu 5.0-100 mkm olan uzun dalğalı radiasiyalara ayırırlar. Qısadalğalı radiasiyaseli düz, səpələnən, əks olunan hissələrə bölünür.Yer səthinə birbaşa günəşdən və 50 radiusda onun ətrafından gələn radiasiya birbaşa günəş radiasiyası adlanır. Birbaşa radiasiya səthə perpendikulyar düşən günəş şüalarının istiqamətində ölçülür Birbaşa günəş radiasiyasını ölçmək üçün aktinometr adlanan ölçü cihazından istifadə olunur.Atmosferdən keçən günəş radiasiyası optik qeyri-bircins mühitdə atmosfer qazları və müxtəlif sınma əmsallarına malik aerozol qazlarında səpələnərək dəyişikliyə uğrayır və xüsusi formaya-yəni səpələnən radiasiyaya çevrilir. Üfüqi müstəviyə doğru günəşdən və onun 50 radiusdakı ətrafından gələn radiasiya istisna olmaqla, düşən bütün radiasiyalar səpələnən günəş radiasiyası adlanır.Yerin üfüqi səthinə düşən birbaşa və səpələnəngünəş radisaiyasının cəminə ümumi radiasiya deyilir. Yer səthinə çatan ümumi radiasiyanın böyükbir qismi yerin ust nazik qatı və ya su təbəqəsi vasitəsi ilə udulur və istiliyə çevrilir, az bir qismi isə əks olunur. Günəş radiasiyasınıın səth tərəfindən əks olunması səthin xüsusiyyətlərindən asılıdır.
Əks olunan radiasiyanın (Rk) səthə düşən enerjinin ümumi miqdarına (Q) olan nisbəti səthin albedosu (A) adlanır və albedometr adlanan ölçü cihazı iləölçülür. Bu nisbət vahidin misli və ya faizlə göstərilir.
Piranometr və albedometr işçi səthə düşən və işçi səthdən əks olunan səpələnən və ümumi radiasiyanı müşahidə etmək üçün istifadə olunur.Birbaşa, səpələnmiş və əks olunan radiasiyalardan fərqli olaraq yer səthinin və atmosferin istilik şüalanması, spektrın görunməyən infraqırmızı hissəsinə aiddir. Yer səthinin və atmosferin süalanması uzundalğalı şüalanma adlanır. Yerin şüalanmasının dalğa uzunluğu 5-40 mkm və daha çox qiymət arasında dəyişir. Yer radiasiyasını çox vaxt yer səthinin məxsusi şüalanması (Ey) adlandırırlar. Yer səthinə gələn atmosfer radiasiyasını atmosferin qarşılıqlı şüalanması(Ea) və ya əks şüalanma adlandırırlar. Yer səthinin məxsusi və qarşılıqlı şüalanmaları arasındakı fərq effektiv şüalanma (Eef) adlanır.
Geofizikada günəş, yer və atmosferin şüalandırdığıenerji və onun əmələ gəlməsini öyrənən bölməsinə aktinometriya, günəş radiasiyanın müxtəlif növlərini ölçmək üçün cihazlara isə aktinometrik cihazlar deyilir.

Səyyar albedometr
Poliqon və xüsusi tədqiqatlar vaxtı piranometrinbir neçə dəfə bir yerdən başqa yerə aparılması tez-tez rast gəlinən haldır. Belə hallarda qurğunun üfüqiləşdirilməsinə çox ehtiyac var. Səyyar
albedometr isə qurğunun qəbuledici lövhəsini avtomatik üfüqi vəziyyətə gətirdiyi üçün bu itkiləriminimuma endirir.

Savinov-Yanişevski aktinometri AT-50. (şəkildə göstərilib)

11200634_876941559020658_2555223671583089705_n.png

Aktinometr birbaşa günəş radiasiyasının ölçülməsiüçün nəzərdə tutulub və yoxlayıcı cihaz kimiistifadə oluna bilər. Radiasiyanın qəbuledicisi kimi qalınlığı 20mkm, diametri 11 mm olan nazik gümüş lövhədənistifadə olunur
Şəkil. Savinov-Yanişevski aktinometri: 1-qapaq; 2,3-vintlər; 4-maili ox; 5-ekran; 6-tutacaq; 7-borucuq, 8-ox, 9-enliklər sektoru; 10-dayaq;11-oturacaq; 12-naqillər; 13-dəlik

mənbə:F.F. MƏMMƏDOV AZƏRBAYCANDA GÜNƏŞ ENERJİSİNDƏN İSTİFADƏ VƏ MÜASİR GÜNƏŞ ENERGETİK QURĞULARI