Günəş Nohuru

Günəş nohurunda günəş enerjisinin böyük həcmli maye vasitəsilə udulması və toplanması eyni vaxtda baş verir. Bəzi təbii duzlu göllərin dibindəki suyun temperaturu 700S-yə qədər çatır. Bu oradakı duzun yüksək konsentrasiyalı olmağı ilə əlaqədardır.
Adi su hövzələrində udulan günəş şüası yalnız səthi qızdırır və bu da gecə saatlarında hava ilə istilik mübadilə prosesi zamanı sürətli istilik itkisinə səbəb olur. Günəş şüası bütöv su kütləsindən keçərək onun dibində toplanır və nəticə etibarı ilə burada 90-100S-yə qədər temperatur alınır və bu zaman suyun səthinin temperaturu 20-25 S olaraq qalır. Suyun yüksək istilik tutumu hesabına yay fəslində günəş nohurunda böyük miqdarda istilik toplanır ki, bu da qış aylarında tədricən soyuyur. Ümumiyyətlə günəş nohuru fəsillər üzrə xidmət edir və burada istilik istifadəçiyə nohurun aşağı hissəsindən verilir. Günəş nohurunun prinsipial sxemi şəkildə verilmişdir
Burada 1-şirin su, 2-orta su təbəqəsi, 3-isti məhlul təbəqəsi, 4-istilikdəyişdirici
Günəş nohurunda suyun dərinliyi boyu yuxarıdan aşağıya doğru duzun konsentrasiya qradiyenti yaranır və burada üç hissəyə bölünən ümumi mayenin həcmində duzun konsentrasiyası suyun səthindən dibə doğru artmaqda davam edir. Yuxarı nazik şirin su təbəqəsi (10-20 mm) demək olar ki, böyük qalınlığa malik və suyun dərinliyi boyu tərkibindəki duzun konsentrasiyasının atrdığı və aşağı səviyyədə maksimal həddə çatan, qeyri-konvektiv maye təbəqəsi ilə bir sərhəddə malikdir. Bu təbəqənin qalınlığı ümumi dərinliyin 2/3-nə bərabərdir. Aşağı konvektiv təbəqədə duzun konsentrasiyası maksimum qiymət alır və mayenin tam həcmi boyu bərabər şəkildə paylanır. Beləliklə, duzun konsentrasiyasından asılı olaraq nohurun dibində suyun sıxlığı çox, səthdə isə əksinə daha azdır. Günəş nohuru aşağı qiymətə malik olmaqla, eyni zamanda həm kollektor, həm də istilik akkumulyatoru rolunu oynayır. Günəş nohurundan istiliyin
ötürülməsi 2 üsulla ola bilər. Birincisi nohurun aşağı hissəsində yerləşdirilən ilanvar boru vasitəsilə, ikincisi isə həmin aşağı təbəqədə olan isti suyun istilikdəyəşdiriciyə ötürülməsi yolu ilə. Birinci üsul nohurdakı mayenin temperaturunun paylanmasına
çox az mənfi təsir göstərir, lakin ikinci üsul isə istilik-energetik və iqtisadi cəhətdən çox əlverişlidir. Günəş nohuru yaşayış evlərinin, ictimai binaların isitmə və isti su təchizatı sistemlərində, müxtəlif
proseslər üçün texnoloji istiliyin alınması, havanın kondisionerləşdirilməsi və elektrik enerjisininistehsalı sahəsində geniş şəkildə istifadə oluna bilər.
1)Günəş nohurunun sxemi (a) və nohurunhündürlüyü boyu mayenin temperaturunundəyişməsi (b) qrafiki.
2)Günəş nohurunun ümumi görünüşü.

11012168_877455485635932_8998977796772422225_n.png

11707636_877456745635806_1395607233382951606_n.png
mənbə: F.F. MƏMMƏDOV “AZƏRBAYCANDA GÜNƏŞ ENERJİSİNDƏN İSTİFADƏ VƏ MÜASİR GÜNƏŞ ENERGETİK QURĞULARI”