Havanın temperaturunun ölçülməsi

Termometrlər havanın temperaturunu ölçən cihazlardır. Hər termometrin bir şkalası olur və bu şkala ilə müəyyən bölmələrə bölünür. Termometrlərdə ən çox Selsi şkalasından istifadə edilir. Termometrlər üçün başlanğıcı 0°C-dir. Əgər istilik və soyuqluq ölçmə termometrləri fərqli olsa idi, müxtəlif hava şəraitləri üçün termometrlər istifadəyə yararsız olacaqdı.

Termometrlərin növləri aşağıdakılardır:

Mayeli termometrlər – bu termometrlər səthin temperaturunu ölçmək üçün istifadə olunan avadanlıqdırlar çünki bu termometrlər ucuz və asan oxunula bilən konstruktorlardır. Bu termometrlər şüşə boru ilə maye saxlanan yerə bərkidilmiş halda olur. Bu borunun uzunluğu 25 sm-dir. Borunun içərisindəki maye (civə və  ya qırmızı rəngli alkoqol) boru daxilində rahat bir şəkildə hərəkət edə bilir. Havanın temperaturu artdıqda borunun içərisindəki maye də yuxarı doğru hərəkət edir. Havanın temperaturu aşağı düşdükdə isə, maye aşağı doğru hərəkət edir. Buna görə də, termometrin içərisindəki mayenin hərəkəti havanın temperaturunu göstərir. Borunun eni kiçik olduğundan temperatur dəyişdikcə maye də sürətlə yerdəyişmə edir.

Mayeli termometrlər özlüyündə iki yerlə bölünür: Maksimal və Minimal termometrlər.

Maksimal termometrin digər mayeli termometrlərdən bir istisnası vardır: Boru ilə rezervuar arasında sıxılma hissəsi vardır. Temperatur qalxdıqca, civə sərbəst şəkildə borunun içərisində hərəkət edəcəkdir. Temperatur aşağı düşdükdə isə həmin gün üçün müşahidə olunmuş ən yüksək temperaturun üzərində sıxılma xətti dayanacaq və beləliklə həmin günün maksimal temperaturu ölçülmüş olacaq. Yeni müşahidə üçün isə, müşahidəni götürən şəxs, termometri silkələməlidir.

Minimal termometr həmin günün ən aşağı temperaturunu ölçmək üçün istifadə edilən termometrdir. Minimal termometrlərin əksəriyyətinin mayesini spirt təşkil edir çünki, spirt -130°C-də donduğu halda, civə -39°C-də donur.  Minimal termometrin digər mayeli  termometrlərdən fərqi budur ki, onun borusunun içərisində xüsusi minimal temperaturu göstərən körpücük vardır. Körpücük mayenin içərisində hərəkət edə bilir. Mayenin əyri səthi körpücüyün mayenin içərisindən çıxmasının qarşısını alır.

Minimal termometrlər üfüqi şəkildə yerləşdirilir. Temperaturun aşağı düşməsi ilə sıxılan maye körpücüyü aşağı doğru çəkir və körpücük minimal temperatur olan yerdə ilişib qalaraq müşahidə götürülməsinə imkan yaradır. Temperatur aşağı düşdükdə körpücük aşağı düşməsi dayanır. Hava isindikcə spirt genişlənir lakin körpücük sabit şəkildə aşağı temperatur müşahidə olunan hissədə qalır çünki körpücük isti havada hərəkət etmir. Bu qayda ilə minimal temperatur qeyd edilir.

Minimal termometri əvvəlki vəziyyətinə gətirmək üçün rezervuarı yuxarı olmaq şərti ilə yavaşca əymək lazımdır. Beləliklə körpücük əvvəlki vəziyyətinə qayıdacaq və yenidən müşahidə üçün termometr hazır vəziyyətdə olacaq.

Yüksək dəqiqliklə temperaturun ölçülməsi üçün elektrik termometrlərdən istifadə edilir. Elektrik termometrlərin bir növü də elektrik müqavimət termometrləridir. Bu termometrlərlə havanın temperaturu ölçülməsə də, yüksək elektrik müqavimətinə görə, platinyum ya da nikel tipli metallarda temperatur artıqca müqavimət də artır.

Elektrik müqavimətli termometrlərdən 900-dan çox avtomatlaşdırılmış müşahidə stansiyalarında istifadə edilir. Ona görə də çox mayeli termometrlər elektrik termometrlər ilə dəyişdirilir.

Elektrik termometrlərin bir növü də Termistorlardır. Bu termometrlər keramikadan hazırlanır və temperatur aşağı düşdükcə, müqavimət artır. Termistor, radiozondun temperatur ölçənidir və səthdən 30 km hündürlüyə qədər temperatur ölçə bilir.

Başqa bir elektrik termometr termocütlərdir. Bu cihazlar elektrik cərəyanı qoşulmuş iki müxtəlif metal ilə temperatur dəyişkənliyi arasında fəaliyyət göstərirlər. Qovşağın bir ucu temperatur dəyişkənliyi, bir ucu isə elektrik cərəyanı ilə təchiz edilib. Bu cərəyan qovşaqlar arasındakı temperatur dəyişkənliyə proporsionaldır.

Havanın temperaturu həmçinin infraqırmızı sensor və yaxud radiometr adlı alətlər vasitəsilə də hesablanır. Radiometrlər havanın temperaturunu birbaşa ölçmür. Onlar yayılan radiasiyanı (adətən infraqırmızı) ölçürlər. Radiometrlər müəyyən bir qazın maksimum yayılma dalğa uzunluğu ilə günəş enerjisinin intensivliyini birlikdə ölçürlər. Meteoroloji peyklərə qoşulan radiometrlər atmosferin müəyyən yüksəkliyinin temperaturunu hesablaya bilirlər.

Bimetal termometrlər tək bir lent şəklində qaynaqlanmış iki müxtəlif metal parçadan (adətən dəmir və bürünc) ibarətdir. Temperatur dəyişdikdə, bürünc dəmirə nisbətdə daha çox genişlənir və lent bükülməyə başlayır. Bimetal termometr adətən termoqrafların bir hissəsidir.

Termoqraflar yavaş-yavaş məlumat yazıcılar ilə dəyişdirilir. Bu kiçik alətlərdə gövdənin içərisinə bərkidilmiş bir termistor vardır. Məlumat intervalını komputer proqramları alır. Məlumat yazıcılar Termoqraflar qədər havanın temperaturuna həssas deyillər. Onlar daha ucuzdur.

Termometrlər və digər havanın temperaturunu ölçən alətlər psixometrik köşkdə yerləşdirilir. Köşk günəş radiasiyasından, yağışdan, qardan qorunacaq şəkildə düzəldilir. Günəş radiasiyasını əks etdirməsi üçün köşk ağ rəngə boyanır. Günəş radiasiyasına məruz qalmaması üçün şimala doğru yerləşdirilir. Sərbəst hava axınını təşkil etmək üçün köşkün üç tərəfi jalüz şəklində düzəldilir. Bu köşk xaricdəki havanın temperaturunu daxildə göstərmə imkanı verir.

Termometrlər əsasən köşkün içərisində yerləşdirilir və köşkün yer səthindən hündürlüyü 1,5-2 m təşkil edir. Köşkün səviyyəsindəki havanın temperaturu yer səthinə nisbətdə daha soyuq olacaqdır. Nəticədə, aydın bir qış günündə yer səthinin donduğunu görsək də, köşkdəki termometrlərdə temperatur donma dərəcəsinə çatmamış olacaq.

Ənənəvi psixometrik köşklər artıq yeni avtomatlaşdırılmış stansiyalar ilə dəyişdirilir. Avtomat stansiyalarda köşk boru üzərində quraşdırılır və termometrlərdəki qəbuledicilər vasitəsilə mərkəzə ötürülür. Mərkəzdə havanın cari temperaturu və o gün üçün maksimum minimum temperaturlar saxlanılır.

 

Advertisements