Havanın rütubətliyinin ölçülməsi

Şeh nöqtəsi və nisbi rütubətliyi hesablamaq üçün istifadə olunan ən əsas cihazlardan biri psixrometrdir. Psixrometr yan-yana yerləşən iki termometrdən ibarətdir və sap şəklində ya da zəncir şəklində metal parçası birləşdirilib.

Termometrlərin lampaları parça hissəciklə örtülü olur. Parça ilə örtülən termometr yaş termometr adlanır. Yaş termometr distillə edilmiş suya batırılır. Digər termometr isə quru saxlanılır. Hər iki termometrə də bir neçə dəqiqəliyinə havası dəyişdirilir, ya qurğunu fırlatmaqla (sarğılı psixrometr) ya da ventilyator ilə havanı çıxartmaqla dəyişdirilir. Su parçacıqdan buxarlandıqca termometr soyuyur. Quru hava daha böyük miqdarda soyuma və buxarlanma miqdarı deməkdir. Bir neçə dəqiqədən sonra parçacıqla örtülü termometr mümkün ən aşağı temperatura qədər soyuyacaq. Əvvəldə də deyildiyi kimi, yaş termometr suyun buxarlandırılması vasitəsilə havanın ən aşağı temperaturunun əldə edilməsi üçün istifadə olunan cihazdır.

Quru termometr (və ya quru lampalı termometr) hal-hazırkı temperaturu göstərir. Quru lampa ilə yaş lampa arasındakı temperatur tərəddüdləri yaş termometr tərəddüdü adlanır. Böyük tərəddüd havaya buxarlanan suyun çox, nisbi rütubətliyin aşağı olması ilə baş verir. Kiçik tərəddüd isə suyun buxarlanmasının az olduğunu göstərsə də havada su buxarı vardır. Belə ki, hava doyma vəziyyətinə yaxındır çünki, nisbi rütubətlik yüksək həddədir. Əgər tərəddüd yoxdursa, onda quru termometr, yaş termometr və şeh nöqtəsi eynidir; hava doymuş vəziyyətdədir və nisbi rütubətlik 100%-dir.

Havanın rütubətliyini ölçən ən əsas cihaz isə hiqrometrdir. Hiqrometrin bir növü olan tüklü hiqrometrə quraşılan insan saçı nisbi rütubətliyini 0-dan 100%-ə qədər dəyişməsinə görə 2,5% genişlənir. Əsasən insan tükündən istifadə olunsa da, bəzi hallarda at tükündən də istifadə edilir. Saç telləri bir növ çarx sisteminə qoşuludur. Saçın uzunluğunda bir dəyişiklik olduğunda sistemdə də hərəkətlilik baş verir və sonra yazıcı kağız üzərinə bu qiymət köçürülür və nisbi rütubətlik göstərilir. Lakin tüklü hiqrometr, psixrometr qədər dəqiq nəticələr vermir.  Onun dərəcələrini təcrübə sahələrində gündəlik nisbi rütubət dəyişiklikləri üçün tez-tez ölçmək lazım gəlir.

Elektrikli hiqrometr havanın rütubətliyini ölçən başqa bir cihazdır. O karbon təbəqə ilə örtülü sabit bir hissədən ibarətdir. Cərəyan axını bu təbəqə ilə göndərilir. Su buxarı udulduqca karbon təbəqənin elektrik müqaviməti də dəyişir. Bu dəyişikliklər nisbi rütubətliyə çevrilir.

Rütubətliyi ölçən başqa bir qurğu infraqırmızı şüalı hiqrometrdir. Bu hiqrometr infraqırmızı şüalardan istifadə etməklə havanın rütubətliyini ölçməyə imkan verir.