Hava xəritələrinin təhlil olunma qaydaları

Hava xəritələrinin təhlili sinoptik meteorologiyanın əsas istifadələrindən biridir. Hava xəritələri üzərində aparılan əməliyyatlar sinoptik meteorologiyada hava proseslərinin tam təhlil edilməsinə imkan verir. Hava xəritələri üzərində aparılan təhlilləri aşağıdakı əməliyyatların həyata keçilirməsi ilə yerinə yetirilir.

  1. ilk növbədə xəritələr üzərində izobarlar keçirilir və bu izobarlar üzərində onların qiymətləri yazılır.
  2. izotendensiya əyriləri keçirilir və bu əyrilər üzərində onların qiymətləri göstərilir. İzotendensiya əyriləri dedikdə son 3 saat ərzində təzyiqin dəyişməsi göstərilir.
  3. Siklon və antisiklonların mərkəzləri müəyyən edilir və bu mərkəzlər üzərində təzyiqin qiymətləri göstərilir.
  4. Xəritə üzərində şərti işarələrlə rəngli karandaşlarla hava proseslərinin xüsusiyyətləri ayrı göstərilir. Məs, yağıntıların bir rənglə, duman başqa rənglə və s. işarə edilir.
  5. Atmosferin cəbhə xətti çəkilir. Hava xəritələri üzərində atmosfer cəbhə xəttinin müəyyən edilməsi mürəkkəb və əsas əməliyyatlardan biridir. Bu səbəbdən cəbhə xətti əvvəlcə nazik qara karandaşla xəyali şəkildə müəyyən edilir. Sonradan isə onun yeri daha da dəqiqləşdirilir.

 

Qeyd edilən bu işarələr xəritə üzərində müxtəlif rənglərlə çəkilir. bunlarla bərabər hava xəritələri üzərində atmosfer cəbhələri də şərti işarələrlə müəyyən edilir.

İsti cəbhələr

Soyuq cəbhələr

Az hərəkətli cəbhələr

Təkrarlanan isti cəbhələr

Təkrarlanan soyuq cəbhələr

Yuxarı hündürlüklərdə baş verən yavaş hərəkətli cəbhələr

Beləliklə hava xəritələrinin tərtib olnuması zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla istifadə edilir.

  1. İzobarların çəkilməsi ilə siklon və antisiklon mərkəzlərinin vəziyyətləri göstərilir və buna uyğun olaraq təzyiq çökəklikləri və yallarının vəziyyəti müəyyən edilir.
  2. Yağıntılar və başqa hava prosesləri şərti işarələri ilə göstərilir.
  3. Təzyiq mərkəzləri onun artması azalması daxil olduqda müəyyən edilir. Bu zaman onların mərkəzlərində artma yaxud azalma müəyyən edilir.
  4. Nazik qara karandaşla hava xəritələrinin üzərində olan məlumatlara əsaslanaraq cəbhə xətləri çəkilir. Sonradan müəyyən dəqiqləşdirmələr aparmaqla cəbhə xətti son varianda müəyyən edilib qurulur.
  5. Cəbhə xətti boyunca yağıntı zonaları dəqiqləşdirilir.
  6. Bu işin tamamlanması izobarların qiymətlərinin göstərilməsi ilə başa çatdırılır.
  7. Siklon və antisiklon mərkəzlərində xüsusi hərflərlə onların xüsusiyyətləri və onların trayektoriyası müəyyən edilib göstərilir.
  8. Xəritələr üzərində qurulmuş və yazılmş bütün məlumatlar yoxlanılır.

Barik topoqrafik xəritələrdə hava xəritələrinə uyğun şəkildə ardıcıllığa əməl etməklə aparılır.

Nisbi topoqrafik xəritələrin qurulmasında isə aşağıdakı əməliyyatlar həyata keçirilir.

  1. Hər geopotensial dekametrdən bir izohips əyriləri qurulur. Bu isə hər 2C-dən bir izoterm əyrilərinin qurulmasına ekvivalentdir. Qapalı izohips əyriləninin mərkəzləri soyuq hava sahələri kimi müəyyən edilir və qara karandaşla mərkəzdə soyuq sözü yazılır. Anoloji qaydada N1000500 xəritəsi üzərində yüksək temperatur sahələri qeyd edilir və mərkəzdə qara karandaşla isti sözü yazılır. NTX-lər üzərində termik küləklər nəzərə alınır. (MTX-lərdə adi küləklər nəzərə alındığı qaydası ilə)
  2. İzoterm əyriləri qurulur və onların üzərində qiymətləri yazılır. Bu əyrilər temperaturun son 12 yaxud 24 saat ərzində dəyişməsini göstərir. İzoterm əyriləri 2C-dən bir çəkilir. (yaxud 4 geopt). Bu zaman temperatur artdığı mərkəzlər üzərində İ, temperatur ardıcıllığı mərkəzlər üzərində isə S hərfi qoyulur.
  3. Hava xəritələri üzərində müəyyən edilən cəbhə xətləri eynilə NTX üzərinə köçürülür.
  4. NTX üzərində yazılmış bütün yazılar və əyrilərin vəziyyələri sinoptiklər tərəfindən yoxlanılır. Bu cür N1000500 NTX xəritələri üzərində anoloji qaydada həyata keçirilir.

Sinoptiki təhlilər zamanı qeyd edilmiş qaydada köməkçi xəritələr də tərtib oluna bilər.

Advertisements