Aşağı təbəqə buludları

 

Yəni yer səthindən 2 km yüksəkliyə qədərdir . Buraya:

          1.Laylı-yağışlı-Nimbostratus(Ns)- qalın tutqun , 1,5km hündürlükdə yayılıb  uzun sürən yağış verir. Bu buludlar altında iri, üstdə xırda damlalardan ibarətdir. Tutqun boz bulud layları içəridən zəif işıqlanan kimi, yağış da bir cür, fasilələrlə müxtəlif cür görünür, bəzən fasilələrlə gur yağış və ya qar tökülür. Növləri yoxdur. Laylı-yağışlı buludlar əsasən atmosfer cəbhələrində müşahidə olunur. Laylı-yağışlı buludların aşağı sərhəddinin hündürlüyü adətən 0,1km-dən 2km-ə qədər təşkil edir.; şaquli qalınlığı (2-6km) çox vaxt bütün atmosferi tutur. Bu buludlar aviasiya üçün təhlükəlidirlər. Bu buludlarda çox vaxt uçan aparatların buzlaşması müşahidə olunur.

          2.Laylı-topa-Stratocumulus (Sc)-2,5km hündürlükdə şar şəklində olub, çox vaxt göy üzünü örtə bilər. Xusüsən qışda təsadüf olunur. Bu buludlar eyni ölçülü damcılardan ibarətdir. İri boz lələkli, dalğalar qalaq yaxud lövhə kimi görünür. Parça parça olur, yaxud göyün üzünü bütov örtük kimi tutur. Yüksək-topa buludlardan az hündürlüyü topaların böyüklüyü və çox sıxlığı ilə fərqlənir. Bu buludlardan çox az hallarda qısamüddətli zəif yağış gəlir. Adətən yağıntı törətmir. Dalğalı və topaşəkilli olur. Bu buludlar 1-2km şaquli uzunluğu malikdirlər. Yayda laylı-topa buludların aşağı sərhəddinin hündürluyu 600-1500m, qışda isə 300-600m təşkil edir. Azərbaycanda yalnız qışda bu buludlardan zəif narın yağış yağır.

          3.Laylı-Stratus (St)-1km hündürlükdə olub hündür dumana bənzəyir. Bəzən bu blud parçalanır. Bu bulud parçası Fractostratos (Fs) adlanır. Bircins, boz lay olur, dumana oxşayıra, bəzən aşağıda parçalara bölünür. Adətən bütün göyün üzünü tutur, ayrı-ayrı kütlələrə bölünmüş şəkildə ola bilər. Növləri: dumana oxşar, laylara parçalanmış. Seyrək qara və çiskinə səbəb ola bilər. Laylı buludların qalınlığı 10-100m olur və nadir hallarda 500-800m-i keçir. Bu buludların aşağı sərhəddinin hündürlüyü 100-300m təşkil edir və hərdən onlar 100m-dən aşağı olurlar. Laylı buludlar temperatur inversiyası olduğu halda əmələ gəlir, bu inversiyaya yuxarı qalxan  şaquli hava cərəyanı imkan verir. Bu əsas formalardan başqa, buludların digər qarışıq formalarına da təsadüf edilir.

 

Advertisements